Zaxarova Ermənistan baş naziri Nikol Paşinyanın şəkili paylaşması ələ salma kimi dəyərləndirilib.
Ordum.az Teleqraf.com-a istinadla xəbər verir ki, XİN rəsmisnin Feysbuk sosial şəbəkəsində paylaşdığı foto müzakirə mövzusuna çevrilib. Zaxarova sosial şəbəkə hesabında İrəvana səfər edən Rusiya Xarici İşlər naziri Sergey Lavrovun və Paşinyanın birgə çəkilmiş fotosunu paylaşıb.
Xanım diplomatın paylaşımındakı “Dramaturgiya” qeydi xüsusilə diqqət çəkib. Zaxarovanın qeydi gülüş obyektinə çevrilib.
Bu, sosial şəbəkənin erməni seqmentinin qəzəbinə səbəb olsa da, rus izləyicilər görüş masasında Rusiya bayrağının qoyulmadığını və bunun sayğısızlıq olduğunu bildiriblər.
Redaksiyadan: Əslində Ermənistanda düşünürlər ki, iki erməninin görüşdüyü masada Rusiya bayrağına yer yoxdur. Əgər Kələntəryan istəsəydi o masaya Rusiyanın bayrağını gətirdib qoydurardı. Ermənilər də tıpış-tıpış gətirərdilər. Deməli, belə məsləhət olub.
Fotonu təqdim edirik: