Lavrov bu gün Bayramov və Ayvazyanla görüşəcək

1-04-2021, 17:27

Lavrov bu gün Bayramov və Ayvazyanla görüşəcək

Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün MDB XİN Şurasının iclası çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
Rusiya XİN-nin mətbuat katibi Mariya Zaxarova ənənəvi brifinq zamanı Lavrovun Ceyhun Bayramovla yanaşı, ermənistanlı həmkarı Ara Ayvazyanla da görüşəcəyini bildirib.
Nazir azərbaycanlı və erməni həmkarı ilə ayrı-ayrılıqda qapalı görüşərək Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcək.




Facebook'da Paylaş