“Yaradıcı oxucularımız” lahiyəsi uğurla davam edir
“Yaradıcı oxucularımız” lahiyəsi kitabxanada uğurla davam edir
(bəstəkar Elza İbrahimovanın 85 illik yubileyinə həsr olunmuş məqalə)
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında 2018-ci ildən “Yaradıcı oxucularımız” lahiyəsi həyata keçirilir. Bu lahiyə ictimaiyyətin və kitabsevərlərin böyük marağına səbəb olur. Tanınmış şair və yazıçılar, jurnalistlər kitabxanaya yeni əsərlərini, məqalələrini təqdim edirlər.
Kitabxananın Fəxri oxucusu, “Bakinski raboçi” qəzetinin mədəniyyət şöbəsinin müdiri, tanınmış jurnalist Afət İslam kitabxananın oxucularına və musiqisevərlərə görkəmli bəstəkar, Azərbaycanın və Dağıstanın xalq artisti Elza İbrahimovanın 85 illik yubileyinə həsr olunmuş “Musiqi ürəklərdə od qalamalıdır” məqaləni təqdim etmişdir. Müəllif qeyd edir ki, həmvətənlilərimizin bir neçə nəsli Elza İbrahimovanın musiqisi ilə böyüyüb. Onun musiqisində Vətənə, insanlara sonsuz məhəbbət səslənir. Onun populyarlığı Azərbaycanın hüdudlarını aşıb, bəstəkara məhəbbət sonsuzdur.
Afət İslam bəstəkarın zəngin yaradıcılığına maraqlı ekskurs edərək, onu “cəsarətli bəstəkar-novator” adlandırır. Bəstəkarın qızı Zəhra İbrahimova və qardaşı Çingiz İbrahimov jurnalistlə xatirələrini bölüşürlər.
Jurnalist bəstəkarın təbiətdən olan istedadını məxsusi vurğulayır, onun bəstəkarlıq ustalığının incəliklərini açıqlayır, bəstəkarın “yaradıcılığının qızıl dövrünə” diqqət yetirir. O, böyük bəstəkarlar Qara Qarayev, Arif Məlikov, Emin Sabitoğlunun və bəstəkarın qızı Z.İbrahimovanın sitatlarını misal gətirir.
Afət İslam məqalənin sonunda qeyd edir ki, bəstəkarın “Ey Vətən!” mahnısı bəstəkarın ülvi, əvəzsiz sevgi ilə sevən Vətənini tərənnüm edən himnə, vizit kartına çevrilmişdir.
Oxucular məqalə ilə aşağıdakı keçiddə tanış ola bilərlər:
https://drive.google.com/file/d/18tZymfnRxmlQb8SzolHg4-UwYpZ3YgzS/view?usp=sharing
Facebook'da Paylaş