Şəhidə həsr olunmuş “Unudulmaz ömür yolun...” oçerki kitabxanaya təqdim olundu

13-02-2024, 16:26

Şəhidə həsr olunmuş “Unudulmaz ömür yolun...” oçerki kitabxanaya təqdim olundu
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, şair, yazıçı-publisist Bədirə Rza Həsənqızı kitabxanada həyata keçirilən “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, şəhid Mahmud Məlikov haqqında yazdığı “Unudulmaz ömür yolun...” oçerki təqdim etdi.
Müəllif 44 günlük Vətən müharibəsində igidlik göstərmiş və 14 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Mahmud Məlikovun uşaqlıq və məktəb illəri, zabit kimi keçdiyi döyüş yolundan məlumat verir. Oçerkdə şəhidin bacısı Arzu xanım qardaşı haqqında xatirələrini oxucularla bölüşür.
Bədirə Rza Həsənqızı şəhid Mahmud Məlikovun əziz xatirəsinə “Nəsillərin yaddaşısan əbədi!” adlı şeir də həsr etmişdir. Şeir oçerkin sonunda verilib.
Müəllifin yazısı aşağıdakı keçiddə verilib:
https://drive.google.com/file/d/19mRnOAtNu3bhGCgzLKZRyaXJBOiLIaFX/view?usp=drivesdk






Facebook'da Paylaş