Ordum.az xəbər verir ki, AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) 2017-ci ilin səkkiz ayı üzrə hesabat iclası keçirilib. Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova MEK-də olan son yeniliklərdən, struktur dəyişikliklərindən bəhs edərək gündəlikdə duran məsələləri açıqlayıb. Sonra MEK-in şöbələri və onlara daxil olan sektorların 2017-ci ilin səkkiz ayı üzrə hesabatları məruzə edilib.
İnformasiya texnologiyalarının hazırlanması və tətbiqi şöbəsinin müdiri Sübhi Tağıyev bildirib ki, MEK-in kompüter sisteminin təhlükəsizliyi üçün yeni avadanlıqlar quraşdırılıb, yaradılmış sistem və şəbəkələrin inteqrasiyası ciddi nəzarətdə saxlanılır.
Elektron resursların formalaşdırılması şöbəsinin müdiri Elmar Quliyev əsas beş istiqamət üzrə aparılan işlər barədə məlumat verib. O, 8 ay ərzində Milli Rəqəmsal Yaddaş bazasına 250 yaxın kitab və jurnalın daxil edildiyini söyləyib. Bunlar əsasən Azərbaycan Demokratik Respublikasının(ADR) 100 illiyinə və M.Ə.Sabirin155 illiyinə həsr olunmuş rəqəmsallaşdırma layihələri çərçivəsində formalaşdırılmış sənədlərdir. Şöbə tərəfindən rəqəmsallaşdırma prosesi yekunlaşan kolleksiyaların (ADR və Georq Hazai kolleksiyası) təqdimatı da keçirilib. Hazırda isə şöbə tərəfindən 700-ə yaxın kitabın skanlanmış versiyası, 900-ə yaxın kitabın rəqəmsallaşdırılması üzərində işdavam edir.
Sərbəst elektron resurslarla iş şöbəsinin müdiri Elnur Hüseynov 2017-ci ildə şöbənin təlimlərində iştirak edən şəxslər tərəfindən vikipediyada yüzlərləməqalənin yaradıldığını, nəticədə Azərbaycanın 56-cı pillədən 53-cü pilləyə irəlilədiyini deyib. Təlimlər sektorunun rəhbəri Günay Məmmədova görülən işlərin ümumi statistikasını açıqlayıb.Belə ki, Azərbaycanca Vikipediyada 967 adda məqalə yaradılıb ki, bunların 34-ü xarici dillərdədir. 185 məqalə redaktə edilərək genişləndirilib,“Youtube” video paylaşma sistemi üçün Azərbaycan dilində Vikipediya dərslikləri hazırlanıb.Qeyd olundu ki, sektor rəhbəri Nihat Vəlizadə ölkəmizi Kanadanın Monreal şəhərində 9-13 avqust tarixlərində keçirilən “Vikimaniya-2017” adlı beynəlxalq tədbirdə təmsil edib.
İnformasiya resurslarına nəzarət və əlaqələndirmə şöbəsinin müdiri Günel Əhədova bildirib ki, 9294 kitab, 11278 jurnal, 10105 avtoreferat və dissertasiya üzərində sənədlərin biblioqrafik təsvir qaydalarına uyğun redaktə işləri aparılıb, proqramda çalışan əməkdaşlara altı təlim keçirilib. Hazırda poçt markalarının və elektron resursların redaktəsinə başlanılıb.
Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü media ilə və beynəlxalq təşkilatlarla, diplomatik korpuslarla sıx əlaqələr yaradıldığını deyib. O, Mətbuat Şurası və aparıcı media qurumları ilə MEK-də keçirilən önəmli tədbirləri qeyd edib. Məlumat verib ki, 2017-ci ilin səkkiz ayı ərzində kitabxanada 80-ə yaxın tədbir keçirilib. Kitabxananın library.csl.az adlanan yeni saytında 400-ə yaxın xəbər, youtube kanalında 50-ə yaxın video yerləşdirilib. Facebooksəhifəsində izləyicilərin sayı 5 minə çatıb. MEK-in tədbirləri ölkənin qırxayaxın kütləvi informasiya vasitəsində işıqlandırılır. MEK hazırda 20 ölkənin səfirlikləri, təşkilatları ilə əməkdaşlıq edir, 40-a yaxın ölkə ilə kitab mübadiləsi həyata keçirir.
MEK yaxın günlər ərzində daha bir neçə ölkə ilə əməkdaşlıq müqavilələri imzalamağa hazırlaşır.
Proqramlaşdırma sektorunun rəhbəri Fəridə Yusifova qeyd edib ki, mek.az saytı yeni formatda - library.csl.az - hazırlanaraq oxucuların istifadəsinə verilib. Bundan sonra müəssisənin əməkdaşları insan resursları (HR) portalı vasitəsilə local HR sistemində mövcud olan bütün məlumatlarına baxış keçirə biləcək. Hazırda sənəd dövriyyəsi portalı üzərində də iş gedir, proqramın hazır modullarının effektiv əlaqələndirilməsi məqsədilə Proqramçılar sekotu, Kitabxana-Xidmət şöbəsi, İnsan resursları, Maliyyə və başqa sektorlar arasında məsləhətləşmələr və proqrama düzəlişlər həyata keçirilir.
Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova bildirib ki, 21 təqdimat, 6 sərgi, 3 ekskursiya təşkil olunub, 5 kitab sərgisindəiştirak edilib. Kitabxana-xidmət şöbəsi mübadilə fondundan 59 təşkilata 11625 nüsxə sənəd və beynəlxalq mübadilə çərçivəsində ümumilikdə 25 ölkəyə 79 sənəd göndərib. Elektron kataloqa 2017-ci ildə 36109 sənəd daxil edilib. MEK-in Akademiklər zalında 2017-ci ilə diplomatik nümayəndələr tərəfindən hədiyyə edilən sənədlərdən ibarət yeni 6 guşə yaradılıb, mühafizə olunan ən qədim kitablardan 5-i MEK-in fəal oxucusu tərəfindən qədim latın dilindən Azərbaycan dilinə tərcümə olunaraq elektron kataloqda qeyd edilib, həmçinin “Azərbaycan Demokratik Respublikası” adlı MRY layihəsi üçün MEK və ADA fondlarında mühafizə olunan sənədlər sistemləşdirlib təhvil verilib.Fondların formalaşdırılması sektorunun əməkdaşı Qönçə Cəlilova tərəfindən təqdim olunmuş hesabata əsasən, bu ilin 8 ayı ərzində ümumilikdə 5477 sənəd (kitab, jurnal, dissertasiya, avtoreferat, elektron vəsait) əldə edilib. Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı sənədlərin “Virtual AXC” adı ilə elektron vəsaitlərinin, müxtəlif mənbələr üzrə sənədlərin elektron versiyaları əldə edilib, ölkədə fəaliyyət göstərən nəşriyyat, kitabxana, fond, elmi tədqiqat müəssisələri yanaşı müəlliflərlə əlaqə yaradaraq yeni nüsxələr əldə edilib.Biblioqrafik sorğular sektorunun hesabatına əsasən 2017-ci ildə 3 biblioqrafik göstərici çapdan çıxıb, 5 biblioqrafik göstərici “Elm” nəşriyyatına, 12 biblioqrafik göstərici MEK-in Elektron resursların formalaşdırlması şöbəsinətəhvil verilərək şöbə tərəfindən 12cildlik seriya halında kitabxanaya təqdim olunub. İxtisas fondunun 2526 sənədi elektron kataloqa daxil edilib, oxucuların çoxsaylı sorğuları cavablandırılıb. Komplekləşdirmə sektorunun hesabatına görə 2017-ci ildə fonda ümumilikdə 16958 nüsxə sənəd daxil olub. Kataloqlaşdırma və sistemləşdirmə sektorunun rəhbəri XuramanCəfərova bildirdi ki, hesabat dövründə elektron kataloqa 6886 nüsxə sənəd daxil edilib, 500-dən artıq kitab, 120 məqalə MRY bazasına seçilib, 3240 yeni kart ənənəvi kataloqa yerləşdirilib, 120 ayırıcı, 3500 kart redaktə edilib, 3337 sayda jurnal dövri mətbuat kataloqundaqeydiyyata salınıb. Fondların mühafizəsi sektorunun rəhbəri vəzifəsini icra edən Gültəkin Hacıyevanın hesabatına görə MEK fondlarında ümumilikdə 1407890 sayda sənəd mühafizə olunur. Səkkiz ay ərzində sektor tərəfindən elektron kataloqa 13595 sənəd daxil edilmiş, onlardan 1726 nüsxə sənəd paralel olaraq MRY bazasında yerini alıb.İstifadəçilərə xidmət və nəzarət sektorunun hesabatına görə 685 oxucu kitabxanada qeydiyyatdan keçib.15 kolleksiyadan 13-ü tam olaraq elektron kataloqa daxil edilib. Elektron kataloqa çox sayda jurnal, avtoreferat da daxil edilib. Qeyd olunmalıdır ki, müasir kitabxana-informasiya sisteminin “elektron kataloq” çağırışına cavab olaraq, MEK-in elektron kataloqunun formalaşdırılması layihəsi üzərində Kitabxana-xidmət şöbəsininbütün əməkdaşları əsas vəzifə öhdəliklərinə əlavə olaraq çalışır.
İctimai səhiyyə sektorunun rəhbəri Gülruba Aslanova bildirib ki, ilkin və təxirəsalınmaz tibbi yardım üçün 183 nəfər müraciət edib.MEK Endokrinologiya, Diabet və Metabolizm Mərkəzi, Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutu, QİÇS-lə Mübarizə Mərkəzi ilə birgə MEK daxil olmaqla yüzlərlə AMEA əməkdaşının ödənişsiz skrininq müayinəsini və həkim konsultasiyasını keçirib.
Maliyyə sektorunun gördüyü işlər haqqında məruzə edən Cəlalət Yusibova bildirib ki, müəssisənin maliyyə işləri ilə bağlı bütün əməliyyatlar elektron formatda, 1C proqramı üzərində həyata keçirilir.
4 saylıDövlət Hüquq Məsləhətxanasının eksperti, Vəkillər Kollegiyasının üzvü Fərzəli Əliyev MEK-əgöstərilən hüquqi yardım barədə, MEK-də həyata keçirilən idarəetmənin qanunvericiliyə tam şəkildə cavab verməsi barədə məlumat verdi. Mülki müdafiə qərərgahının rəisi Gülağa Cahangirov mülki müdafiə istiqamətində görülən işləri,direktor müavini İbad Əliyev təsərrüfat işləri və rast gəlinən problemləri diqqətə çatdırdı.
İclasın yekununda MEK direktoru Leyla İmanova MEK-in dəyərlərindən, baza prinsiplərindən və 2019-cu ilə qədər müəyyən edilmiş strateji hədəflərdən bəhs edib. Qeyd edib ki, Milli Rəqəmsal Yaddaşın (MRY), Vahid İdarəetmə Sisteminin (VİS) formalaşdırılması, beynəlxalq əlaqələrin yaradılması, informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində sürətlə addımlayan Mərkəzi Elmi Kitabxananın fəaliyyəti dünya kitabxanalarının inkişaf trendlərinə uyğundur. Bu trendlərə müasir texnikadan və texnologiyalardan istifadə, özünüqiymətləndirmə və hesabatlılıq,məs, maliyyələşmənin azaldığı və sıxıldığı bir zamanda xərcləmələrin göstərilən fəaliyyətə nisbətdə effektivliyinin qiymətləndirilməsi və müzakirəsi, informasiya savadlılığının artırılması - böyük informasiya axınında etibarlı informasiyanı düzgün müəyyən edib götürmək, səhv informasiyanı aşkar etmək, səhv mənbəni vaxtında müəyyən etməkkimi əməliyyatlar daxildir. Müasir zamanda işçi qüvvələrin bilik və bacarıqlarının sürətli dəyişdirilmə imkanlarının yaradılması və artırılmasına böyük ehtiyac yaranır. Bu tələblərə sürətlə uyğunlaşmaq üçün MEK öz əməkdaşlarına təlimlər və permanent təlimatlandırmahəyata keçirir. MEK öz oxucularının və istifadəçiləriningöstərilən tələblərini qarşılamaq üçün işçi heyəinə15 oktyabr 2017-ci il tarixinədək İT və KXŞ komandaları tərəfindən birgə təlim hazırlayıb həyata keçirməlidir. L.İmanova bir ildən sonra Azərbaycanda keçiriləcək prezident seçkilərinə, 2020-ci ildə isə parlament seçkilərinə diqqət çəkib seçkilərin informasiya təminatina peşəkar dəstəyin verilməsinin, bunun üçün isə indidən hazırlıq aparılmasının, resursların idarə oluna bilən vəziyyətə gətirilməsinin önəmini vurğuladı. Qarşıda duran qısamüddətli məqsədlər isə VİS proqramının bitirilməsi, elektron kataloqun başa çatdırılması, oxuculara nümunəvi xidmətin təkmilləşdirməsi göstərildi. İclasın sonunda kitabxanada vakant yerlərin adları açıqlanıb, həmin vəzifələrin tutulması üçün daxili müsabiqə elan olunub.