Bəhmən Əliyev - Ayvazalının “Hindistan etnoqrafiyası” dərsliyi MEK - ə təqdim edilib

8-09-2017, 10:58


 AMEA Mərkəzi Elmi kitabxanasına (MEK) yenicə daxil olan Bəhmən Əliyev Ayvazalının iki cilddə tərtib olunmuş “Hindistan etnoqrafiyası” dərsliyi bu il “Elm və təhsil” nəşriyyatında çap edilib. Birinci cilddə Hindistanın “maddi mədəniyyəti” və ikinci cilddə “mənəvi nədəniyyəti” araşdırılıb.

 Ordum.az xəbər verir ki, dərsliyin elmi redaktoru AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi Teymur Bünyadovdur.Kitabda Hindistanda coğrafi şəraitin, iqlimin, aqrar islahatların təsərrüfat həyatına təsiri, təsərrüfatın xüsusiyyətləri, sənətkarlıq məsələləri, dinlərin və dini inancların etnoqrafiyanın formalaşmasında rolu, varna-sati sistemi, bayramlar, musiqi və rəqsləri, ailə nigah münasibətləri, irqi-etnik tərkibi, etno-mədəni proseslərdə dil amili və s. məsələlər ənənəvilik və müasirlik müstəvisində tədqiq edilib, çoxsaylı nümunələr verilib və ətraflı şərh olunub. Monoqrafiya Hindistanşünaslıq üzrə ixtisas təhsili alan ali məktəb tələbələri, magistrlər, bu ölkənin entoqrafiyası ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.





Facebook'da Paylaş