ABŞ dəniz piyadaları amfibiya tipli zirehli maşınlara qadağa qoyub

21-12-2021, 16:55

ABŞ dəniz piyadaları amfibiya tipli zirehli maşınlara qadağa qoyub

ABŞ Dəniz Piyadaları Korpusu fövqəladə hallar istisna olmaqla, çox köhnə amfibiya tipli zirehli maşınlardan (AAV) istifadə etməmək qərarına gəlib. Bundan sonra nəqliyyat vasitələrinin suya buraxılması qadağandır.

Ordum.az xəbər verir ki, bu barədə ABŞ Dəniz İnstitutu məlumat yayıb.

1970-ci illərdən bəri istifadə edilən amfibiya tipli zirehli vasitələrin suya buraxılma qadağası keçən il səkkiz ABŞ dəniz piyadasının ölümü ilə nəticələnən qəzadan sonra aparılan araşdırmalar nəticəsində verilib.

ABŞ Dəniz Piyadaları Korpusu artıq öz inventarında heç bir amfibiya zirehli vasitədən istifadə edə bilməyəcək.

Dəniz Piyadaları Korpusu köhnəlmiş maşınları yeni 8×8 təkər fromullu Amfibiya Döyüş Vasitələri (ACV) ilə əvəz etmək üçün işlərini davam etdirir. ABŞ ordusunun inventarında 1311 AAV olduğu təxmin edilir.




Facebook'da Paylaş