“Amfibiya təyyarəmiz Türkiyədə 98 uçuş həyata keçirib”
Türkiyədəki aviasiya vasitələrimiz yanğın bölgələrinə ümumilikdə 1404 ton su boşaldıb.
Bunu fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.
Onun sözlərinə görə, yanğın bölgəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) 743 nəfərlik şəxsi həyəti, 97 texnikası, 1 helikopteri və 1 amfibiya təyyarəsi fəaliyyət göstərir:
“Təyyarə və helikopterimiz Dalaman hava limanının ətrafı, Köyceğiz, Çayırova, Yatağab-Yumaklı, Menteşe-Kocazağ, Milas-Yeniköy, Seyidli-Kəmər, Aydın-Akçaova, Antalya-Kaş, Burduk-Bucak və İzmir şəhərlərində yanğınlara qarşı mübarizə aparıblar”.
Nazir müavini, həmçinin qeyd edib ki, amfibiya təyyarəsi 98 uçuş həyata keçirərək yanğın bölgələrinə 837 ton su boşaldıb. Helikopter isə 204 uçuş həyata keçirib və 567,5 ton su səpib.
Facebook'da Paylaş