Günel Abbas yazır: "Sən hamımızın qardaşısan..."

4-12-2020, 19:22

Günel Abbas yazır: "Sən hamımızın qardaşısan..."

Bayaqdan verilişlər qarşıma çıxdıqca bir şeyə diqqət edirəm, ən azından onların arxasından göz yaşı tökəcək, məzarında layla oxuyan anaları, bacıları, cənazəsini qaldıran ataları, qardaşları var. Söz onda deyil, təbii ki, bütün şəhidlərin bizdəki yeri eynidir və biz xalq olaraq kimsəsizlər üçün əlimizdən gələni edirik. Amma bu oğlanı ilk görəndən göz yaşlarımı saxlaya bilmirəm. Elə bu gün də. Çoxlarının valideyni övladı haqda ağız dolusu danışır, başına qaralar bağlayıb yasını saxlayır. Amma bu gəncin nə uşaqlığı var, nə də arxasından ağlayan kimsəsi... Heç televiziyada da şəklini görmədim. Demək ki, insanın kimsəsi olmayanda bir gündən sonra yaddan çıxır ...
Onun timsalında Vətəndən başqa ailəsi olmayan qardaşlarımız, övladlarımız üçün ayrıca bir dua da edək! Onları yaddan çıxarmayaq! Çünki biz sizləri unutmayacağıq deməklə, unutmamaq olmur. Gərək onların yaddan çıxmaması üçün nəsə edək. Onun müqəddəs ruhu qarşısında söz verirəm, unudulmaması, adının əbədiləşməsi üçün əlimdən gələni edəcəyəm. Sən hamımızın qardaşı, övladısan. Məkanın cənnət olsun, qardaş...




Facebook'da Paylaş