Günel Abbas: "Qarabağ da, İrəvan da Azərbaycandır!"

12-10-2020, 13:08

Günel Abbas: "Qarabağ da, İrəvan da Azərbaycandır!"
Hər son nəfəsdə, son nəfəsimizi alırıq biz. Hər atılan güllədə əsgər qulağı oluruq biz. Hər dağılan şəhərdə oralı oluruq biz. Bir gün Tovuzlu, bir gün Tərtərli, bir gün Ağdamlı, bir gün Ağcabədili, bir gün GƏNCƏLİ oluruq biz. Bir sözlə hansımızın ayağına daş dəysə o oluruq. Ən nəhayətdə dönüb Vətən oluruq, Qarabağ oluruq. Amma heç vaxt ölən insanımızla ölmürük biz, bəlkə başqa xalqları qorxu ilə parçalamaq olar. Amma biz tökülən qanları, dağılan yurdları, mərmilərə sinə gərən Vətən torpağını gördükcə Bozqurda dönürük. Əzilmirik, əyilmirik! Daha da ucalırıq! İndi zəfər zamanıdır, yumruq olub, Qarabağı zalımlardan xilas etmək zamanıdır.
Demək nə edirik?! İçimizdəki, dışımızdakı xainlərə fürsət vermirik. Hər atılan güllədən yenidən doğulduğumuzu göstəririk! İsbatlayırıq ki, Qarabağ da, İrəvan da Azərbaycandır!




Facebook'da Paylaş