Qobl: ASALA-nın türklərə etdiyi hücumları unutmamaq lazımdır!

9-11-2020, 17:25

Qobl: ASALA-nın türklərə etdiyi hücumları unutmamaq lazımdır!
Hesab edirəm ki, rəsmi Bakı nəticələri diktə etməyə çox yaxındır.
Bu sözləri Axar.az-a ABŞ dövlət katibinin keçmiş müşaviri, politoloq Pol Qobl Azərbaycan Ordusunun Şuşanı azad etdikdən sonra sahib olduğu böyük hərbi üstünlüyü şərh edərkən deyib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətdəki bəzi qüvvələr mütləq qələbənin qarşısını almağa çalışacaqlar:
"Çünki Ermənistan tamamilə uduzsa, İrəvanın mütləq qeyri-sabitliyə yuvarlanması gözlənilir və hazırda münaqişənin adi müharibədən başqa bir şeyə keçmə ehtimalı daha uzaqdır".
Qobl, həmçinin ASALA-nın türklərə etdiyi hücumların uzun tarixini unutmamaq lazım olduğunu da vurğulayıb.




Facebook'da Paylaş