"PKK terörçuları Dağlıq Qarabağda yerləşdirilirsə"...

16-09-2020, 13:06

"PKK terörçuları Dağlıq Qarabağda yerləşdirilirsə, Türkiyənin tam ixtiyarı çatır ki ..."



"PKK terrorçuları Dağlıq Qarabağda yerləşdirilirsə, Türkiyənin tam ixtiyarı çatır ki, Azərbaycan Ordusu ilə birgə sözügedən istiqamətdə müəyyən hücum əməliyyatları həyata keçirsin".
Bu sözləri sfera.az-a açıqlamasında Ermənistanın İşgal etdiyi Dağlıq Qarabağda Livan ermənilərini yerləşdirməsinin ardınca PKK terrorçularının da nəzarətdən kənar qalmış bu ərazilərə göndərildiyi barədə informasiyalara münasibət bildirərkən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Onun fikrincə, İrəvanın PKK terörçularına qucaq açması tamamilə gözləniləndir:
"PKK" terörçularının İşgal olunmuş Azərbaycan torpaqlarında yerləşdirildiyi barədə informasiyalar həqiqəti əks etdirir. İllər uzunu PKK ilə erməni terörçu "ASALA" təşkilatı Arasında ittifaq olub. Və Onlar uzun illərdən bəri əməkdaşlıq ediblər. Livandakı bazalarda birgə təlimlər keçiblər. Diğər tərəfdən, hazırda Suriya və İraqda PKK-nın vəziyyəti ağırlaşıb.
Türkiyə Ordusu PKK qüvvələrinə sarsıdıcı zərbələr endirib. Belə vəziyyətdə mümkündür ki, PKK terörçularının bir hissəsi öz düşünlərinə görə daha təhlükəsiz yerə köçürülməsini istəyə bilər. Onlarin düşünəsinə görə, indiki vəziyyətdə təhlükəsiz yer məhz Azərbaycanın İşgal altındakı rayonları ola bilər. Bununla birlikte həm Ermənistana dəstək vermiş, həm də bir növ özlərini Türkiyə Ordusunun hücumlarından qorumuş olurlar. Bu prosesin başlanması mümkündür ".
Həmsöhbətimizə görə, Azərbaycan məsələni yenidən beynəlxalq təşkilatlar qarşısında qaldıra bilər. Bununla belə, amma Şahinoğlu bu diplomatik addımın ciddi reaksiya doğuracağını zənn etmir:
Ekspertin fikrincə, belə Olan halda Azərbaycan Türkiyə ilə hərbi ittifaqı daha da genişləndirməlidir: "Belədə İşgal olunmuş torpaqları terrorçulardan təmizləmək üçün qardaş ölkə ilə birgə hərbi əməliyyatlara da başlaya bilərik. PKK terrorçuları Dağlıq Qarabağda yerləşdirilirsə, Türkiyənin tam ixtiyarı çatır ki, Azərbaycan Ordusu ilə birgə sözügedən istiqamətdə müəyyən hücum əməliyyatları həyata keçirsin. Bunun başqa alternativini görmürəm.
PKK terrorçuları Dağlıq Qarabağda yerləşməklə həm Burada ermənilərə təlimlər keçəcək, həm də erməniləri qorumağa, Azərbaycana qarşı təxribatlar həyata keçirməyə çalışacaqlar. Belə Olan halda, Türkiyə-Azərbaycan hərbi birliyinin birgə hərbi əməliyyatlara başlamalarının qarşısını heç nə ala bilməz ".




Facebook'da Paylaş