Qarabağda erməni əsgərləri bir-birini güllələdi - Ermənistan MN

24-01-2020, 13:00

Qarabağda iki erməni əsgəri güllələndi - Ermənistan MN


Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki hərbi hissəsinin əsgərləri ağır yaralanıb.
Ordum.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik hərbi hissədə baş verən hadisə zamanı yaralanan əsgərlərin adlarını açıqlayıb.
Bu gün səhər saatlarında hələ də açıqlanmayan şəraitdə əsgərlər Anri-Hayk Zaxaryan (2001-ci il təvəllüdlü) və Armen Mesropyan (2000-ci il təvəllüdlü) güllələnib. Onların kim tərəfindən güllələndiyi məlum deyil.
Zaxaryanın vəziyyəti ağır olaraq qiymətləndirilir. Hadisə hallarının aydınlaşdırılması üçün istintaq aparılır.
İlkin ehtimallara görə, olay hərbçilər arasında mübahisə zamanı baş verib.




Facebook'da Paylaş