Qürurverici məqamlar

13-08-2018, 17:19



Niyaməddin Orduxanlı: Qardaşımoğlu Cavidanın andiçmə mərasimində iştirak etdim!

Dəyərli dostlar! Qardaşımoğlu Cavidanın andiçmə mərasimində iştirak etdiyim üçün 3 gün idi ki, internetdən istifadə etmirdim. Çox qürurverici günlər yaşadım! N saylı hərbi hissənin əsgəri Cavidan artıq erməni əsgərləri ilə bir necə km üzbəüz dayanır! Cavıdan erməni vəhşiləri ilə üzbəüz dayanmaqdan şərəf duyurdu! Çox böyük qürur hissi keçirtdim ki, Azərbaycanın bu cür milli ruhda övladı və şərəfli əsgəri var! Hərbi hissələrimiz də olan nizam-intizam, döyüş ruhunun çox yüksək olması və savaşa hər an hazır olan əsgərlərin hazırlanması mənə çox böyük sevinc bəxş etdi. Azərbaycanın bir briqadsında olan hərbi-texniki imkanlarla, vuruşmaq üçün hər an hazır olan bu cür yüksək psixoloji hazırlıqlı ƏSGƏRLƏRİ ilə nəinki işğal olunmuş torpaqlarımızı, Qarabağı, həmçinin də tarixi dədə-baba torpaqlarımız olan İrəvanı, Zəngəzuru, Göyçəni geri qaytara bilərik! Var olsun müstəqil Azərbaycanın şərəfli ƏSGƏRİ!!!




Facebook'da Paylaş