Birgun onu itirsən...

18-09-2019, 17:36



Yaşlı bir ata quzu ətindən kababı çox sevirmiş. Birgun ürəyi kabab istəyir.
Atasının istəyini hiss eden oğlu atasını yeməkxanaya aparır. Atası yeməyi əvvəl özu yemək istəyir, ancaq yaşılılığının verdiyi zəiflik nəticəsində əlləri titrəyir və tikələri agzına götürmək istədiyi hər səfərdə üzərinə tökülər. Yeməkxanadakı bütün insanlar lağ edərcəsinə gözləri onların üzərində idi. Bir müddət sonra oğlu səbr ilə atasını yedirtməyə başlayır. Nəhayət yemək bitmiş,oğlu atasının əlini silib üstünü təmizləmis. Eynəyini şıxarıb göz yaşını silib yerinə taxmış və qoluna girib evə getmək üçün yola düşmüşlər. Yeməkxanadakı bütün insanların baxışları hələ də onların uzərindədir. Heç bir şeyi vecinə almayan oğul isə atasının istədiyi yeməyi yediyi üçün cox sevinclidir. Qapıdan çıxmaq istədikdə bir kişi onlari səsləyir:
-övladım burada bir şey buraxdığını unutmadınmı?
+xeyir masada bir şey buraxdığımı zənn etmirəm.
Yaşlı kişi;
-xeyir yanılırsan. Sən burada cox dəyərli bir şey buraxıb gedirsən.
Oğul təəccüblə:
" nə buraxmışam ki?"
Yaşlı kişi;
-sən burada hər övlad üçün bir dərs və hər ata üçün bir ümid buraxıb gedirsən. Ordakı hərkəs etdiyi hərəkətdən utanc duyurdu sanki. Unutmusdular hər zaman atalarına sıgındıqlarını.
-ata bunu isteyirəm,
-ata bunu al,
-ad günümdə mənə nə aldın. Ata... ata.. ata..
Ama bir dəfə olsun deməmişdilər sanki, ata yanımdasan mənim üçün hər şeyə dəyər və yetər. Həmişə sahib olmaq istədiklərimizi deyib durduq, şikayətçi olduq. Amma bəlkə heç soruşmadıq ata sənin məndən bir istəyin varmi??
Amma birgun onu itirsən, hər kəsin yaxsi yaşaması üçün, xoşbəxt olması üçün nə qədər əziyyət çəkib, bax, onda anlayarsan.
Cənnət ayaqlarının altında olmasa belə...


RAUL




Facebook'da Paylaş