BA Tv Youtube kanalı yayıma başlayır
BA Tv Youtube kanalı yayıma başlayırBA Tv (Bütöv Azərbaycan Televiziyası) Youtube kanalı yayıma başlayır. Kanalın qurucusu Hərbi Jurnalistlər Birliyinin sədri Tamxil Ziyəddinoğlu yeni layihəsi ilə bağlı fikrini belə açıqlayıb:
2008-ci ilin 15 sentyabrında- Bakının işğaldan azad olunduğu gün “Bütöv Azərbaycan” qəzetinin nəşrinə başladıq. Aradan 18 il keçib. Demək olar ki, bu illər ərzində çox şey dəyişib. Redaksiyamız bütün qardaş xalqlarımızın- Talış, Ləzgi, Kürd dostlarımızın toplaşdığı isti ocağa çevrilib. 1805-ci ildən başlayaraq işğal olunmuş torpaqlarımızın bir qismini azad edən igid oğullarımız haqqında dastanlar yazılıb, çap eləmişik. Bu illər ərzində yaranan Bütöv Azərbaycançılar Ordusunun əsas kontingenti gənclərdən ibarətdir ki, bu da bizi çox sevindirir.
Demək olar ki, indiki texnoloji inkişaf şəraitində informasiya yayımı sürətləndikcə dünya “kiçilir” və hər yer əlçatan olur. Bu əlçatanlığı oxucularımız üçün də təmin etmək üçün qəzetimizin Youtube kanalının yaradılması zərurəti yarandı. Bu ehtiyacı nəzərə alıb jurnalist dostum Vəfalı Qasımovla birgə fəaliyyətə başladıq. Komandamız formalaşana qədər kiçik təqdimat süjetləri hazırlayırıq.
Kanalımızda tariximizin qaranlıq səhifələrinə işıq tutulacaq. Milli məfkurə liderlərimiz, Milli Azadlıq fədailərimiz, elm fədailərimiz, din xadimlərimiz, şəhidlərimiz, çoxsaylı Azərbaycan xalqlarının mədəni irsi, müasir Azərbaycanın qurucuları - bir sözlə Azərbaycan adına tapınan hər kəsin könül sirdaşı-can qardaşı və silahdaşı olmaq niyyətindəyik!
Sığınacağımız əxlaqımız, dürüstlüyümüz, vicdanımızdır, güvənəcənəyimiz isə xalqımız və onun azadlıq eşqi, mübarizə əzmidir. Yolumuz açıq, ruhumuz azad olsun!
https://www.youtube.com/watch?v=pTkvRHtvq2g
Facebook'da Paylaş