Azərbaycanla Özbəkistan arasında hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalanıb

21-06-2022, 18:26

Azərbaycanla Özbəkistan arasında hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalanıb

Azərbaycan ilə Özbəkistan arasında hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalanıb.

Ordum.az xəbər verir ki, sənədi Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Özbəkistanın müdafiə naziri Baxodir Kurbanov imzalayıblar.

Bundan başqa, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş də imzalanıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənddə dövlət səfərindədir. Səfər çərçivəsində Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub. Prezident İlham Əliyev və Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev mərasimdə iştirak ediblər.




Facebook'da Paylaş