Türkiyədə vacib sənəd imzalanıb

20-02-2021, 20:29

Türkiyədə vacib sənəd imzalanıb


Türkiyədə nəşr olunan “Resmi Gazete”-nin yaydığı məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqqında Saziş”i və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş"i təsdiqləyib.
Müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında saziş 2017-ci ilin oktyabrında, energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqqında saziş isə 2020-ci il fevralın 25-də Bakıda imzalanıb.
Hər iki sənəd bu gündən qüvvəyə minib.
Qeyd edək ki, sənəd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2017-ci ilin oktyabrın 31-də Azərbaycana səfəri zamanı imzalanmışdı. Səfər çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilmiş, toplantıdan sonra sənədlər imzalanmışdı. Sənədi Azərbaycanın
müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyənin o zamankı milli müdafiə naziri Nurettin Canikli imzalayıb.




Facebook'da Paylaş