AzTV ilə Türkiyə Radio Televiziya Qurumu arasında əməkdaşlıq Protokolu imzalandı

26-02-2020, 18:19


“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Türkiyə Radio Televiziya Qurumu arasında əməkdaşlıq Protokolu” imzalanıb.
Protokolu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov və Türkiyə Radio Televiziya Qurumunun baş direktoru İbrahim Eren imzalayıblar.
Xatırladaq ki, fevralın 25-də Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.




Facebook'da Paylaş