Özbəkistanın Müdafiə naziri Azərbaycana rəsmi səfərə gəlib

16-11-2017, 09:44




Ordum.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Özbəkistan Respublikasının Müdafiə naziri general-mayor Abdusalom Azizovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Səfər çərçivəsində Özbəkistanın Müdafiə nazirinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyində hərbi, hərbi-texniki əməkdaşlıq, hərbi təhsil və bir sıra digər istiqamətlərdə görüşlərinin keçirilməsi nəzərdə tutulub.




Facebook'da Paylaş