Koreya kəşfiyyatı: "Şimali Koreya mayın ortalarında nüvə sınağı keçirəcək"

7-05-2022, 14:33

Koreya kəşfiyyatı: "Şimali Koreya mayın ortalarında nüvə sınağı keçirəcək"

Koreya Xalq Demokratik Respublikası mayın ortalarında nüvə sınağı keçirə bilər.

Ordum.az TASS-a istinadən xəbər verir ki, bu barədə Koreya Respublikası Milli Kəşfiyyat Xidmətinin başçısı Pak Çje Von məlumat verib.

Onun sözlərinə görə, sınaq Cənubi Koreyanın yeni seçilən prezidenti Yun Sok Yolun andiçmə mərasimi ilə ABŞ Prezidenti Cozef Baydenin səfəri aralığındakı dövrə təsadüf edə bilər.

Yun Sok Yol mayın 10-da səlahiyyətlərinin icrasına başlayacaq, ABŞ Prezidenti isə mayın 20-22-də Seulda səfərdə olacaq.

Kəşfiyyatın başçısı bildirib ki, Şimali Koreyanın indiki lideri Kim Çen In atası Kim Çen İrdən fərqli olaraq xaricdən yardım istəmir: “İki ildir Şimali Koreyanın sərhədləri bağlıdır. Belə bir şəraitdə Kim Çen In heç bir dövlətdən yardım istəmir. Hətta koronavirusa qarşı vaksinə belə ehtiyacı olmadı”.

Mayın 6-da ABŞ Dövlət Departamenti mətbuat xidməti rəhbərinin müavini Kalina Porter mayın ortalarında Şimali Koreyanın nüvə sınağı keçirəcəyini bildirmişdi. Ehtimal olunan tarixdə sınaq keçirilərsə, yeddinci olacaq. Altıncı sınaq 2017-ci ilin sentyabrında keçirilib.




Facebook'da Paylaş