Qarabağdakı layihələrdə Koreya şirkətlərinin iştirakı müzakirə olunub

23-11-2021, 12:00

Qarabağdakı layihələrdə Koreya şirkətlərinin iştirakı müzakirə olunub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Cəbuni Koreyanın Prezident yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin sədri Çong Soo Parkla görüşüb.

Ordum.az xəbər verir ki, bu barədə nazir özü məlumat verib.

Onun sözlərinə görə, görüşdə iki ölkə arasında inkişaf edən iqtisadi əməkdaşlıqdan danışılıb, İKT, kibertəhlükəsizlik və nəqliyyat sektoru barədə fikir mübadiləsi aparılıb, eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə Cənubi Koreya şirkətlərinin iştirakı məsələsi müzakirə olunub.

Görüşdə Azərbaycanda rəqəmsal transformasiyanın prioritet olduğu qeyd edilərək bu sahədə Koreyanın qabaqcıl təcrübəsi ilə tanışlığın ölkəmiz üçün əhəmiyyət daşıdığı vurğulanıb.




Facebook'da Paylaş