Koreya müharibəsi 68 ildən sonra rəsmi olaraq başa çata bilər

13-12-2021, 11:15

Koreya müharibəsi 68 ildən sonra rəsmi olaraq başa çata bilər

Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya), Koreya Respublikası, ABŞ və Çin arasında 1950-1953-cü illərdə baş verən müharibənin rəsmi olaraq başa çatmasına dair prinsipial razılıq əldə edilib.

Ordum.az “BBC News”a istinadən xəbər verir ki, bunu Cənubi Koreya Prezidenti Mun Çje İn bildirib.

Onun sözlərinə görə, Şimali Koreyanın ilkin şərtinə görə danışıqlar hələ başlamayıb. Belə ki, rəsmi Pxenyan danışıqlar masasına ABŞ-ın Şimali Koreyaya qarşı “düşmən siyasətindən” əl çəkdiyi halda oturmağa razıdır.

ABŞ isə sanksiyaların aradan qaldırılması üçün Şimali Koreyanın nüvə sliahlarından imtina etməsinin istəyir.

Qeyd edək ki, 1950-ci il iyunun 25-dən 1953-cü il iyulun 27-dək Şimali Koreya və Koreya Respublikası arasında müharibə olub. İndiyədək iki ölkə arasında sülh müqaviləsi imzalanmayıb. Seul və Pxenyan hələ də rəsmi olaraq müharibə vəziyyətindədir.




Facebook'da Paylaş