Cənubi Koreya KXDR-də çevriliş barədə xəbərlərə aydınlıq gətirib

25-10-2021, 09:18

Cənubi Koreya KXDR-də çevriliş barədə xəbərlərə aydınlıq gətirib

Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (NIS) bəzi kütləvi informasiya vasitələrində Koreya Xalq Demokratik Respublikasında (KXDR) dövlət çevrilişi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Ordum.az-ın məlumatına görə, bu barədə “Renhap” agentliyi xəbər verib.

Məlumata görə, Milli Kəşfiyyat Xidməti Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çjon tərəfindən hakimiyyətdən uzaqlaşdırılması barədə xəbərləri təkzib edib.

Daha bir hökumət rəsmisi də agentliyə bildirib ki, bu məlumatlar həqiqətə uyğun deyil.

“Yenhap” xatırladıb ki, bir sıra KİV-lər Amerikanın “Globe” tabloidinə istinadən, Kim Yo Çjonun bir müddət əvvəl dövlət çevrilişi etdiyini və Kim Çen İnı vəzifəsindən uzaqlaşdırdığını yazıb. Nəşrdə iddia edib ki, KXDR-in son tədbirlərində Şimali Koreya liderinin əvəzinə onun oxşarı iştirak edib.

KİV iddiaları onunla əsaslandırıb ki, Kim Çen Inın xarici görünüşü dəyişib




Facebook'da Paylaş