Şəhid Nicat Abdullayevin xatirəsi anılıb

23-04-2022, 10:49

Şəhid Nicat Abdullayevin xatirəsi anılıb


Vətən müharibəsi Şəhidi Nicat Abdullayevin xatirəsinə həsr edilmiş tədbir keçirilib.
Laçın rayon 10 saylı tam orta məktəbVətən müharibəsi Şəhidi Nicat Abdullayevin əziz xatirəsinə həsr edilmiş tədbir keçirib.
Ordum.az xəbər verir ki, Şəhidin Sulutəpə qəsəbəsində yerləşən abidəsi önündə keçirilən tədbirdə məktəbin kollektivi, Şəhidin valdeynləri və qəsəbə sakinləri iştirak ediblər.
Şəhidin abidəsi önünə əkil qoyulduqdan sonra çıxış edən məktəbin direktoru Şamama Əmirova tədbir iştirakçılarını şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməyə dəvət edib.
Sonra məktəbin şagirdlərinin ifasında Vətənə və Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.
Tədbirdə çıxış edən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Cəmilə Nəcəfova, tərbiyə işləri üzrə direktor müavini Musa Məmmədov Nicatın keçdiyi ömür yolundan danışaraq , xatirələrini bölüşüblər.
Sonda Şəhidin ailə üzvləri tədbir təşkilatçılarına ailələrinə göstərdikləri diqqətə görə təşəkkürünü bildiriblər.
Qeyd edək ki, Abdullayev Nicat Mirnəbi oğlu 4 sentyabr 1995-cı ildə Saatlı rayon Seyidlər kəndində doğulub. İlk təhsilini Saatlı rayonunda Səməd Vurğun adına məktəbdə alıb. Sonradan Bakıya köçdüyü üçün təhsilini Sulutəpə qəsəbəsində yerləşən 10 saylı tam orta məktəbdə davam etdirib.

Musiqiyə böyük həvəsi olan Nicat Xırdalanda saz ixtisası üzrə musiqi məktəbini bitirib. Hərbi xidmətini Gəncədə başa vurduqdan sonra elə musiqi sahəsində çalışmağa başlayır, toylarda, el məclislərində çıxış edir.

II Qarabağ müharibəsində ilk günlərdən cəbhəyə yollanıb, Füzulidə, Cəbrayılda döyüş yolu keçib. Oktyabrın 9-da Füzuli istiqamətində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalan Nicat oktyabrın 29-da Saatlı rayon Seyidlər kəndində dəfn olunub. Şəhadətindən sonra "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medallarıyla təltif olunub.















Facebook'da Paylaş