“Şəhidlər ölməz” adlı tədbir keçirilib

12-07-2021, 21:28

“Şəhidlər ölməz” adlı tədbir keçirilib

İyulun 12-də Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarımızı tanımaq və tanıtmaq məqsədilə keçirilən “Şəhidlər ölməz” adlı tədbirlər silsiləsindən, şəhid baş gizir Mehman Yusifovun doğum gününə həsr olunmuş anım mərasimi keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirdə şəhidin yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər Ordumuzun zəfər yürüşündən, 44 günlük Vətən müharibəsində göstərilən igidlik və qəhrəmanlıqdan, eləcə də şanlı qələbəmizin tarixi əhəmiyyətindən danışıblar.
Mərasimdə şəhidin yaxınları dövlət başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.
Sonda şəhidə həsr olunmuş videoçarx nümayiş olunub, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi vətənpərvərlik mövzusunda musiqi proqramı ilə çıxış edib.




Facebook'da Paylaş