İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov - 108

22-01-2018, 23:10




Ordum.az xəbər verir ki, yanvarın 22-də Azərbaycan Hərb Tarixi Muzeyində İki dəfə
Sovet İttifaqı Qəhrəmanı, Tank qoşunları qvardiya general-mayoru Həzi Əhəd oğlu
Aslanovun anadan olmasının 108 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Müdafiə Nazirliyinin, H.Əliyev adına Ali Hərbi məktəblərin, hərbi hissələrin,
Hərbi Akademiyanın, veteran təşkilatlarının, şəhər muzeylərinin, H.Aslanov adına Mərkəzi
Zabitlər evinin, ictimai təşkilatların və digər idarə-müəssisələrin nümayəndələrinin iştirakı
gözlənilir.

Tədbirdə muzey rəisi e.o.polkovnik Əzizağa Qəni-zadənin, Müdafiə Nazirliyinin Həzi
Aslanov adına Mərkəzi Zabitlər evinin nümayəndəsi,Azərbaycan Respublikasının
Əməkdar Mədəniyyət İşçisi Zəminə Xınalının, Azərbaycan Veteranlar Təşkilatının üzvü
Hüquq doktoru Fazil Hacıyevin, Nəsimi rayon Veteranlar Şurasının sədri Fərəcov İsmayıl
və digər tədbir iştirakçılarının məruzə çıxışları dinlənilmiş, hərbi xadimin həyatı və hərbi
fəaliyyətindən bəhs edən sənədli film və sərgi nümayiş olunmuşdur.
Tədbirin bədii hissəsində H.Aslanov adına Mərkəzi Zabitlər Evinin nəznində fəaliyyət
göstərən “Mahnı və rəqs ansanblı”nın solistləri çıxış etmişdir.




Facebook'da Paylaş