“Sənətlə döyünən qardaş ürəklər” adlı tədbir keçiriləcək

7-09-2017, 09:41



 Ordum.az xəbər verir ki, sentyabrın 7 - də saat 18:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, görkəmli dirijor və bəstəkar Niyazinin 105, görkəmli türk bəstəkarı, musiqişünası və pedaqoqu Əhməd Adnan Sayqunun 110 illiyinə həsr olunmuş “Sənətlə döyünən qardaş ürəklər” adlı tədbir keçiriləcək.

Ünvan: Bülbül prospekti 21, mənzil 24.

Giriş sərbəstdir.




Facebook'da Paylaş