Lütfi Zadə ilə vida mərasimi sentyabrın 29-da keçiriləcək

27-09-2017, 11:24

 Sentyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycanın tanınmış alimi mərhum Lütfi Zadə ilə vida mərasimi keçiriləcək.
 

Bu barədə Trend-ə AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli məlumat verib.
Vida mərasimində respublikanın tanınmış siyasi və ictimai xadimləri, elm nümayəndələri iştirak edəcəklər.
 
Qeyd edək ki, Lütfi Zadə (Lütfəli Rəhim oğlu Ələsgərzadə) 2017-ci il sentyabrın 6-da ABŞ-da ömrünün 97-ci ilində vəfat edib.




Facebook'da Paylaş