Ordum.az xəbər verir ki, noyabrın 17-də "Bütöv Azərbaycan" qəzetinin redaksiyasında "Hərə bir əsgər, hər ev bir səngər" adlı layihənin yekununa və Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri açan “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin sədri Tamxil Ziyəddinoğlu Milli Dirçəliş Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək xalqımızın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan 17 noyabr – Milli Dirçəliş Gününün Azərbaycanın müstəqilliyinin bərpa olunmasında tarixi rol oynadığını vurğulayıb. T. Ziyyədinoğlu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən "Hərə bir əsgər, hər ev bir səngər"lahiyəsinin əhəmiyyətindən və nəticələrindən danışaraq, layihənin uğurla başa çatmasında köməklik göstərən hər bir kəsə təşəkkür edib. Tədbirdə çıxış edən “Laçın yurdu” jurnalının baş redaktoru, şair Arif Məmmədli, publisist, şair Əli Rza Xələfli, jurnalist Qələndər Xaçınçaylı, Sübut Mehdiyev, Hacı Mahir Vəliyev və başqaları layihənin əhəmiyyətindən danışaraq bu çətin və məsuliyyətli işin öhdəsindən layiqincə gəldiklərinə görə “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin üzvlərinə təşəkkür ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilən layihənin məqsədi düşmənlə təmas xəttində, sərhəd kəndlərimizdə yaşayan vətəndaşlarımıza mənəvi dəstək olmaq, yerli əhalini, əsasən də yeniyetmə və gəncləri düşmənlərimizin millətimizə, dövlətimizə qarşı törətdiyi cinayətlər barədə maarifləndirmək, gəncləri ölkəmizin mənafeyini, xalqımızın milli-mənəvi dəyərlərini, öz yurdlarını qorumağa, işğalçılara qarşı mübarizəyə səfərbər etmək olub.
Layihə çərçivəsində Tovuz rayonunun Ağdam, Tərtər rayonun Qapanlı kəndlərində yerli sakinlərlə görüşlər keçirilib və “Ordum.az” saytı yaradılaraq oxucuların ixtiyarına verilib.
Hərbi Jurnalistlər Birliyinin
mətbuat xidməti