Azərbaycan Hərb Tarixi Muzeyində Faşizm üzərində qələbənin 73-cü ildönümünə həsr olunmuş “Azərbaycanlılar İkinci Dünya Müharibəsi illərində” adlı tədbir keçirilib.
Tədbirdə Müdafiə Nazirliyinin idarə və müəəssisələrinin, hərbi hissələrin, Respublika Veteran Təşkilatlarının, veteran ailələrinin, şəhər muzeylərinin nümayəndələrinin, habelə Böyük Vətən Müharibəsinin iştirakçıları iştirak ediblər.
Tədbirdə faşizm üzərində tarixi qələbənin qazanılmasında Azərbaycanın roluna dair müzakirələr aparılmış, AHTM-in rəisi e.o.polkovnik Əzizağa Qəni-zadənin, Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun “Yeni Tarix” şöbəsinin müdiri, eyni zamanda Muzeyin Elmi işlər üzrə müavini, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun, həmçinin Böyük Vətən müharibəsi veteranları- İtaliya partizan hərəkatının iştirakşısı Məşi Elyazov, Sovet İttifaqı Qəhrəmanı Əhmədiyyə Cəbrayılovun qızı Almaz Cəbrayılovanın və digər tədbir iştirakçılarının çıxışları dinlənilib. Qələbə gününə həsr olunmuş sənədli film və sərgi nümayiş olunub. Tədbir Müdafiə Nazirliyinin H.Aslanov adına Mərkəzi Zabitlət Evinin “Mahnı və Rəqs ansamblı”nın solistlərinin çıxışları ilə yekunlaşıb.