Hərbi Jurnalistlər Birliyinin sosial media istifadəçilərinə müraciəti

12-07-2020, 18:25



Cəbhə bölgəsində  baş verənlərlə bağlı Hərbi Jurnalistlər Birliyi İdarə Heyətinin sədri  Tamxil Ziyəddinoğlu  sosial media istifadəçilərinə müraciət edib.
Həmin müraciəti oxucularımızın diqqətinə çatdırırıq:
Əziz dostlar, dəyərli sosial media istifadəçiləri, xahiş edirik vətəndaşlarımızda mənfi emosiya yaradacaq paylaşımlar etməyin! Silahlı Qüvvələrimizin döyüş ruhuna xələl gətirəcək ifadələr işlətməyin! Ola bilər ki, düşmən tərəfi hansı formadasa, dezinformasiya yayar. Ermənistan KİV-lərinə istinad edərkən diqqətli olun! Dəqiqləşdirilməmiş məlumatları paylaşmayın! Nəzərə alın ki, həm də informasiya müharibəsindəyik. Yanlış bir məlumatın milli maraqlarımıza, dövlətimizin mənafeyinə, Silahlı qüvvələrimizə nə qədər ziyan vura biləcəyini təsəvvürünüzə gətirin! Siz olduqca diqqətli olun ki, Allah köməyimiz, son qələbə bizim olsun!
 Dərin hörmətlə: Tamxil Ziyəddinoğlu,
 Hərbi Jurnalistlər Birliyi İdarə Heyətinin sədri




Facebook'da Paylaş