Hərbi Jurnalistlər Birliyinin sədri, "Bütöv Azərbaycan" qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlunun Facebook səhifəsində paylaşdığı statusu Butov.az-ın oxucuları ilə bölüşmək istədik:
Əziz dostlar, ermənidən qabaq, yəni iki yüz il əvvəl ruslarla farslar Bütöv və güclü Azərbaycan olmasın deyə Azərbaycanımızı parçaladılar. Yüz il əvvəl gücümüzü səfərbər edib Azərbaycan Demokratik Cümhuriyyətini qurduq. Bu dəfə Ruslarla farslara oyuncaqları və pis alətləri olan ermənilər və dişi bakı neftinə bulaşmış ingilislər də qoşuldu. Eyni vaxtda dünyanın bütün türk düşmənləri Osmanlını çökürtməyə qalxmışdı. Belə bir durumla üz-üzə qalan Azərbaycan yenə də öz dövlətçiliyini bərpa elədi. İki yüz ildə itirdiyimiz torpaqları qarış-qarış olsa da geri alacağıq. Çöküş eralarımız estafeti Diriliş eramıza verib. Xahiş edirəm şübhəli suallarla milləti bədbinliyə kökləməyin. Həm də düşünməyin ki, ermənistanda yaranan ictimai-siyasi vəziyyət bizə şans verir. Orda Vəziyyət qarışan kimi Rusiyanın baş qərargah rəisi ilə NATO-nun nümayəndəsi Bakıya elə-belə gəlməmişdi. Onları paytaxtımızda görüşə vadar edən Aprel xofu idi. Döyüşlərin təkrarlanmaması üçün xaç qardaşlarına havadarlıq nümayiş etdirməyə gəlmişdilər. Eyni vaxtda xaçlı siyasətçilər də İrəvana cəmləşmişdilər ki, haylar bir -birinə qarşı silah işlətməsin və Ermənistan bir demokratik dövlət imici qazansın. Elə bir etiraz dalğası hər hansı bir müsəlman ölkəsində qalxsaydı xristian drijorlar onu mütləq vətəndaş müharibəsinə çevirəcəkdilər. Amma burda... Hər şey çox ustalıqla idarə olundu. Ermənizm davam edir. Bizim şanslarımız hələ qabaqdadır. Millətin döyüşkən oğulları yetişməkdə, Bütövlük uğrunda mübarizəmiz davam etməkdədir. Siz ətrafınızdakıları ruhdan salmayın yetər!
Ordum.az