Vurun Komandan, vurun!

26-06-2019, 15:14


Hərbi Jurnalistlər Birliyinin sədri Tamxil Ziyəddinoğlu öz səhifəsində Azərbaycan Silahlı Qüvvələrinin  şəxsi heyətinə maaraqlı təbrik ünvanlayıb.  Həmin təbrikin mətnini Ordum.az-ın oxucularına təqdim edirik:
"Silahlı Qüvvələrimizə Bugünkü təbrikimi Hərbi Hava Qüvvələrimizin Komandanı -General-leytenant Ramiz Tahirova müraciətlə başlamaq istədim.

Vurun komandan, çəkinməyin vurun!
Hava sərhədimizi pozub Şuşada yallı gedən, bizim Ali Baş Komandana meydan oxuyan Paşinyanlar bir də hava sərhədimizi pozsa, heç kimdən əmr gözləmədən külünü havaya sovurun! Heç nədən çəkinməyin! Bayrağımızın şərəfini qoruduğuna görə qürbətdə həbs olunan Ramil Səfərova sahib çıxan Ali Baş Komandan sizə də sahib çıxacaq, əmin olun!
Cənab General-leytenant bilirəm, Xidməti vəzifələrinizi layiqincə yerinə yetirdiyinizə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülmüsünüz. Azərbaycan Respublikası Prezidentinin 24.06.2005-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 21.06.2007-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı, 24.06.2015 tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və 19.04.2016-cı il tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmusunuz. 
Cənab general, bu mükafatların halallığını almaq üçün, Azərbaycanın razılığı olmadan Xocalı aeroportuna istiqamət götürən hava texnikalarını, UÇAQLARI vurun! Bu sizin Vətən qarşısında xidməti vəzifənizdir. Onda heç kəs Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarına kefə gəlməyə cəsarət etməyəcək.
Bayramınız mübarək!"
Silahlı Qüvvələrimizə inamla: Tamxil Ziyəddinoğlu
Hərbi Jurnalistlər Birliyinin sədri




Facebook'da Paylaş