Bir daha təbrik edirik, əziz KOMANDİRİMİZ!

5-09-2017, 13:44

Əziz və dəyərli dostlar!

Bu gün bizim hər birimiz üçün çox əlamətdar və yadda qalan bir gündür. Bizim
hamımızın sevimli və dəyərli komandirimiz polkovnik Şair Ramaldanovun 60 illik yubileyidir.
Bütün onu tanıyan dostlar, tanışlar, ən əsası da onun başçılığı altında Qarabağ savaşının ən ağır
dönəmlərində şərəflə xidmət keçmiş şəxsi heyət adından onu ürəkdən təbrik edirəm. Ona uzun
və firavan ömür arzulayıram. Onun rəhbərliyi altında mənim özüm də bir müddət Füzuli döyüş
briqadasında onun müavinlərindən biri kimi xidmət keçdiyim üçün özümü çox şanslı hesab
edirəm. Və bütün əsgər və zabitlər adından dəyərli KOMANDİRİMİZİ təbrik edir, ona bundan
sonra da bütün işlərində uğurlar və müvəffəqiyyətlər arzulayırıq. 

Tanrı Sizi qorusun, əziz Şair müəllim! 





Bu gün Azərbaycan Silahlı Qüvvələrində polkovniklər şükür Allaha çoxdurlar. Amma,
Sizin kimi əsl döyüş keçmiş, Silahlı Qüvvələrin tarixinə böyük zəfər imzasını yazmış
ŞƏXSİYYƏT və SƏRKƏRDƏLƏRDƏN çox azdır və demək olar ki, yoxdur. Var olun hər
zaman. Biz Sizinlə qürür duyur və fəxr edirik ki, taleyimizə iki "Azərbaycan Bayrağı" ordeninə
layiq görülmüş döyüş zabitinin silahdaşları və yoldaşları olmuşuq. 
Eşq olsun Sizin kimi əsl peşəkarlara!
Eşq olsun Sizin Silahlı Qüvvələrimiz üçün peşəkarcasına hazırladığınız yüzlərlə general və
polkovniklərə, minlərlə zabit və gizirlərə!
Tanrı bizə Sizin başçılığınız altında Qarabağın tam azad olunmuş ərazilərində rahat ömür başa
vurmağı nəsib etsin inşallah!

Bir daha təbrik edirik, əziz KOMANDİRİMİZ!




Facebook'da Paylaş