“Azərbaycan bayrağı” ordenli kəşfiyyatçı Ülfət Kərimovun anım günüdür

5-06-2018, 21:24

 


 Ordum.az xəbər verir ki, bu gün Azərbaycan Hərb Tarixi Muzeyində
“Azərbaycan bayrağı” ordenli kəşfiyyatçı Ülfət Kərimovun anım gününə həsr
olunmuş “El qəhrəmanı” adlı anım tədbiri keçirilib.


Tədbirdə Müdafiə Nazirliyinin idarə və müəəssisələri, hərbi məktəblər və hərbi
hissələr, Respublika Veteran Təşkilatları, ictimaiyyət nümayəndələri, müharibə
veteranları, Kəlbəcərlilər, həmçinin kəşfiyyatçı Ülfət Kərimovun ailə üzvləri və döyüş
yoldaşları iştirak edi.

Tədbirdə Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, Müharibə Veteranları və
Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin və 701 saylı hərbi hissənin veteranlar
Şurasının sədri, “Qırmızı ulduz” ordenli, e.o.polkovnik Əzizağa Qəni-zadənin,
Kəlbəcər rayon Veteranlar Şurasının sədri, II qrup Qarabağ əlili, tədbirin təşəbbüskarı
Ramiz Əliyevin, Ülfət Kərimov haqqında yazılmış kitabın müəllifi Əli Abdullayevin
və qəhrəman haqqında çəkilmiş sənədli filmin müəllifi 1992-1998-ci illərdə Müdafiə
Nazirliyinin Hərbi Studiyasının bədii rəhbəri vəzifəsində çalışmış, hərbi repartyor, II
qrup Qarabağ əlili e.o.kapitan Nizami Abbasın, Vətən müharibəsi Veteranları İctimai
Birliyinin sədri e.o.polkovnik-leytenant Füzuli Rzaquliyevin, qardaşı və döyüş yoldaşı
Zöhrab Kərimovun, bacısı e.o gizir Xuraman xanım Kərimovanın qəhrəmanın
həyatı və döyüş yolu ilə bağlı məruzə, çıxış və döyüş xatirələri dinlənilmiş, ümumilikdə
1992-1993-cü illərdə regionda hərbi-siyasi vəziyyət, 1993-cü ilin yazında Kəlbəcərdə
baş vermiş hadisələr xatırlanmış, rayonun düşməndən müdafiəsi zamanı aparılan
döyüşlər təhlil olunmuş, Ülfət Kərimov haqqında çəkilmiş sənədli film və sərgi nümayiş
olunub.


Anım tədbiri Kəlbəcər məktəblilərinin kəşfiyyatçı Ülfət Kərimova həsr edilmiş şeir
kompozisiyası ilə davam etdirilib.


















Facebook'da Paylaş