“Azərbaycan Xalq Cümhuriyyəti və Ordu quruculuğu” adlı respublika elmi konfransı keçirilib

25-05-2018, 23:23




Bu gün Hərb Tarixi Muzeyində

Ordum.az bildirir ki, konfrans müsəlman şərqində ilk Demokratik Respublika – Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub. Əvvəlcə “Azərbaycan Xalq Cümhuriyyəti”nin və “Azərbaycan Xalq Cümhuriyyəti ordusu”nun 100 illiyinə həsr olunmuş sərginin nümayişi keçirilib. Sərgidə olan müxtəlif dövrlərə aid raket-artilleriya silahlarının bir çoxu bu il AHTM-ə hədiyyə edilib.

Tədbirdə iştirak edən Hərb Tarixi Muzeyinin rəisi e.o.polkovnik Əzizağa Qənizadə, tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılov, Rəna Baxışova, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov, Natiq Məmmədzadə, Zəfər Kərimov və Vaqif AbışovCümhuriyyətin yaranması və inkişaf tarixi haqqında məlumat veriblər. 

Konfransda Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitunun və Silahlı Qüvvələrin Hərbi Akademiyasının alim heyəti, Müdafiə Nazirliyinin hərbi məktəbləri, hərbi hissələri, şəhər muzeylərinin və digər idarə - müəssisələri, mətbuat və media nümayəndələri iştirak edib. 

Çıxışlardan sonra tarixi günə həsr olunmuş qısametrajlı sənədli film nümayiş olunub.

TopXeber.Az




Facebook'da Paylaş