Azərbaycanın dostu Ərəb Elektron Media Birliyinin sədri seçilib

2-12-2021, 12:07

Azərbaycanın dostu Ərəb Elektron Media Birliyinin sədri seçilib


Küveyt Dövlətinin başçılıq etdiyi Ərəb Elektron Media Birliyi adlı yeni ərəb informasiya qurumu yaradılıb. Bu təşəbbüs Küveyt Elektron Media Birliyinin sədri Feysəl Xəlifə əs-Savvağ tərəfindən irəli sürülüb. Bu haqda "Bütöv Azərbaycan" qəzetinə Küveyt Elektron Media Birliyindən məlumat verilib.

Bu günlərdə Misirin paytaxtı Qahirədə Küveyt, Misir, Səudiyyə Ərəbistanı, İraq, Livan, Qəmər Adaları, Mavritaniya və Sudandan olan nümayəndə heyətlərinin iştirakı ilə Ərəb Elektron Media Birliyinin təsis konfransı keçirilib.

Təsisçilər Ərəb Dövlətləri Liqasının himayəsi altında gələcək üçün müasir media şüarı altında yeni ərəb mediası reallığını formalaşdırmaq üçün bu yeni media qurumunun yaradıldığını elan ediblər.
Qeyd edək ki, media təşəbbüsünün sahibi olaraq yeni yaradılan quruma Küveyt Elektron Media Birliyinin sədri Feysəl Xəlifə əs-Savvağ rəhbərlik edəcək.
Feysəl Xəlifə əs-Savvağ iclası açılış nitqi ilə başlayıb və o, müasir ərəb mediasında inklüziv bir ölkə olmaq üçün Ərəb Elektron Media Birliyinin yaradılmasının zəruruliyini bildirib.

O, izah edib ki, bu qurum media sahəsində daha yaxşı gələcək üçün real və təsirli bir varlıq olmaq mesajını daşıyır və ona xidmət edir.
Küveyt Elektron Media Birliyinin sədri texnologiyanın əhəmiyyətini nəzərə almaqla bütün təcrübələrdən yararlanaraq, ərəblərin inklüziv platforma yaratmaq səylərini vurğulayıb. “Artıq hamımızın hədəflədiyi bir məqsədi inkişaf etdirmək üçün real və tətbiq edilə bilən bir baxış qurmaq üçün ümumi platformamız var. Mesajımız ölkəmizi təhlükələrdən qorumaq, onun müsbət cəhətlərindən maksimum faydalanmaq, bu geniş məkanda real iz qoymaq və müxtəlif aidiyyəti institutlarla və qurumlarla əməkdaşlığa başlamaq üçün müasir media ilə məşğul olmaqdır”,-deyə o əlavə edib.
O, müasir medianın fərdlərin həyatında böyük əhəmiyyət kəsb edən, cəmiyyətə, mədəniyyətlərin inkişafına, tərəqqiyə böyük təsiri olan mühüm amil olduğunu, ünsiyyət və qarşılıqlı əlaqənin qədim zamanlardan bəri insani xüsusiyyət olduğunu vurğulayıb.

Sonra iştirakçı ərəb ölkələrinin nümayəndələri çıxış edərək Küveyt Dövlətinə və Küveyt Elektron Media Birliyinə bu kimi platformaya ehtiyac olduğunu qeyd edib və bu təşəbbüsə görə Birliyə təşəkkürlərini bildirərək, Küveyt Dövlətinin bu sahədə qabaqcıl rolunu yüksək qiymətləndiriblər.
Daha sonra bəzi düzəlişlər edildikdən sonra yeni birliyin nizamnaməsi qəbul edilib və yeni idarə heyəti seçilib. Bu heyət, Feysəl Xəlifə əs-Savvağdan (Küveyt) prezident, Həsən Əl-Aboudidən (İraq) vitse-prezident kimi, Əbdül-Baqi Safi əl-Din (Sudan) baş katib, Xalid əl-Malik (Səudiyyə Ərəbistanı) və Dr. İman Hamdan Hamed Əhməd Əli (Qəmər Adaları) və Abdi Abdo (Mavritaniya) ibarətdir.
Küveyt Elektron Media Birliyinin baş katibi Zaid əl-Sanea və küveytli jurnalist Zaid əl-Sərbel bu görüşlərin baş koordinatoru kimi iclasda iştirak ediblər.


Xatırladaq ki, Feysəl Xəlifə əs-Savvağ bir neçə dəfə Azərbaycanda işgüzar səfərdə olub. Dəfələrlə ermənilərin Azərbaycana qarşı törətdiyi təxribat əməllərini, Xocalı soyqırımını pisləyən bəyanatlarla çıxış edib. O, Prezident İlham Əliyevin bu il fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında iştirak edib. Həmçinin işğaldan azad olunan rayonlara səfər edib və bu haqda Küveyt mediasında geniş məqaləsi dərc olunub. Azərbaycanın dostu olan Feysəl Xəlifə əs-Savvağ 8 Noyabr – Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərərək xeyir-dualarını çatdırmaqdan fəxr və sevinc hissləri duyduğunu bildirib.


Siyavuş




Facebook'da Paylaş