Ukraynalı jurnalistlər Ağdamda

29-09-2021, 21:53

Ukraynalı jurnalistlər Ağdamda

Ukraynadan olan bir qrup media nümayəndəsi Ağdam rayonunun işğaldan azad olunmuş hissəsinə səfər edib.
Ukraynalı jurnalistlər Ağdam şəhərində İmarət kompleksini, Cümə məscidini, Qiyaslı məscidini ziyarət edib, Çörək muzeyinin və Dram Teatrının qalıqlarına baxıblar.
Qonaqlara ermənilərin 30 ilə yaxın işğal müddətində Ağdam şəhərinə vurduqları ziyan barədə məlumat verilib. Ağdamda törədilən dağıntıların şahidi olan media nümayəndələri yaxın gələcəkdə şəhərdə aparılacaq yenidənqurma və bərpa işləri haqqında da məlumatlandırılıb.




Facebook'da Paylaş