Ağdamda Ağ binanın təməli qoyuldu

28-05-2021, 22:52

Ağdamda Ağ binanın təməli qoyuldu

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam şəhəri işğaldan azad olunandan sonra inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak edib. Dövlət başçısına inşa ediləcək ilk yaşayış binası barədə məlumat verilib.
Qeyd olunub ki, ABŞ-ın “Gensler”, Azərbaycanın “Azərbaycan inkişaf” və Türkiyənin “URAL mühandislik” şirkətləri binanın layihələndirilməsinə cəlb olunub. Binanın fasadında Ağdamın yerli ağ daşından və Avropa memarlıq elementlərindən istifadə ediləcək. Mənzillər 1, 2, 3, 4 və 5 otaqlı olacaq.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.




Facebook'da Paylaş