Ərdoğandan açıqlama: Gələn il Azərbaycandan...

25-09-2021, 20:13

 Ərdoğandan açıqlama: Gələn il Azərbaycandan...

Gələn il can Azərbaycandan başlayaraq, "Teknofest"i bütün müttəfiq ölkələrdə keçirəcəyik.
Ordum.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, “Teknofest”i beynəlxalq brendə çevirəcəklər:
“2018-ci ildə “Teknofest” – texnologiya festivalı ilk dəfə keçiriləndə burada 14 texnoloji yarışma təşkil olunmuşdu və 20 min nəfər qatılmışdı. Hazırda isə bu rəqəmlər 35 yarışmaya və 200 min iştirakçıya çatıb”.




Facebook'da Paylaş