Bənzər yazılar
Azərbaycanın Əmək Məcəlləsinə dəyişikliklər ediləcək.
Milli Məclisdən verilən məlumata görə, qanunun 4-cü maddəsinə (Bu Məcəllənin tətbiq edildiyi iş yerləri) edilən dəyişiklikdə göstərilib ki, Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrində çalışmanın yaş həddi elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələrinə şamil edilmir.
Həmçinin 65-ci maddəyə (İşçilərin attestasiyası, oun keçirilməsi qaydaları və şərtləri) edilən dəyişikliyə görə, yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.