Azərbaycanda doktoranturaya qəbulda yenilik olacaq.
Milli Məclisdən verilən məlumata görə, bununla bağlı “Təhsil haqqında” qanunun 23-cü maddəsinə (Doktorantura) dəyişiklik edilir.
Dəyişikliyə əsasən, doktoranturaya əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərafdar çıxdığı beynəlxalq müqavilələrlə, “Elm haqqında” Qanuna və bu qanuna uyğun olaraq, habelə ali təhsil müəssisəsi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanılan müqavilə əsasında həyata keçirilir.
Doktoranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə müəyyən edilmiş qaydada həmin elmi dərəcəni təsdiq edən vahid formalı dövlət sənədi-diplom verilir.
Qanuna dəyişiklik Milli Məclisin plenar iclasında müzakirə ediləcək.