Hesablama Palatasının səlahiyyətləri artırılır

15-09-2017, 10:50






“Hesablama Palatası haqqında” qanun dəyişdirilir.
 

Ordum.az-ın məlumatına görə, Millii Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bu məsələyə baxılıb. Dəyişiklikliyə əsasən, Hesablama Palatası aşağıdakı funksiyaları həyata keçirilməsi nəzərdə tutulur:  
 
Dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olunmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamanı inzibati xəta və ya cinayət əlamətləri olan hüquqpozmalar aşkar edildikdə təxirəsalınmadan materialları müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanına və ya Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərir.
 
Dəyişiklik Milli Məclisin iclaslarının birində müzakirəyə çıxarılacaq. 




Facebook'da Paylaş