Tacikistan təlimlərdən imtina etdi

8-09-2021, 15:31

 Tacikistan təlimlərdən imtina etdi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) ziddiyətlər davam edir. Rusiya KİV xəbər verir ki, KTMT-nın Qırğızıstanda keçirilən təlimlərinə Tacikistan qatılmayıb.
Sentyabrın 7-9-u tarixlərində keçirilən və Qırğızıstanın İssık-Kul gölü yaxınlığında baş tutan təlimlər “Rubej-2021” adını almışdı. Rəsmi Moskva üstüörtülü şəkildə təlimlərin “Taliban” hərəkatının Mərkəzi Asiya ölkələrinə mümkün hücumlarına qarşı keçirildiyinə işarə etmişdi.




Facebook'da Paylaş