Rusiya təlimlərinə sərt etiraz

26-08-2021, 22:02

Rusiya təlimlərinə sərt etiraz

Rəsmi Tokio mübahisəli İturup adasında Rusiya tərəfinin keçirdiyi hərbi təlimlərə görə Moskvaya etiraz edib.
Bu barədə Yaponiya Nazirlər Kabinetinin mətbuat katibi Katsunobu Kato açıqlama verib.
Rusiya Müdafiə Nazirliyi 26-29 avqust tarixlərində beynəlxalq təşkilatların Yaponiya ərazisi olaraq tanıdığı İturup adasında təlimlər keçirəcək.
“Biz Rusiyaya etiraz etdik və bu cür təlimlərin qəbuledilməz olduğunu bildirdik”, - Kato bildirib.
Yaponiya Rusiyanın hərbi nəzarətində olan Kunaşir, Şikotan, İturup və Xabomay adalarını öz ərazisi olduğunu bildirib və Moskvadan bu ərazilər üzərindəki suverenliyini tanımasını tələb edir. Eyni zamanda, Moskva Yaponiya ilə ərazi mübahisəsi faktını tanımır.




Facebook'da Paylaş