Navalnının xanımı da saxlanılıb
kütləvi aksiyalar davam edib - Navalnının xanımı da saxlanılıbBazar günü Rusiyanın müxtəlif bölgələri və şəhərlərində yanvarın 17-dən həbsdə saxlanılan müxalifət lideri Aleksey Navalnının müdafiəsi məqsədilə keçirilən kütləvi etiraz aksiyaları davam edib.
Bugünkü aksiyalardan sonra ölkə üzrə 3000-dən çox adam saxlanılıb, ö cümlədən Moskvada - 726 nəfər, Sankt-Peterburqda - 437 nəfər.
Saxlanılanlar arasında Aleksey Navalnının xanımı Yuliya Navalnaya da var.
Navalnının müdafiəsi məqsədilə etiraz aksiyalarının keçirilməsinə Rusiya rəsmilərindən icazə alınmayıb.
Bir gün əvvəl Rusiya güc strukturları ölkə boyu Aleksey Navalnının qərargahının əməkdaşları və digər fəallara qarşı qabaqlayıcı tədbirlər çərçivəsində həbslər və axtarışlar keçirib.
Sosial media kanallarında yayılan məlumatlara əsasən, Moskvada və Rusiyanın etiraz aksiyaları keçirilən digər şəhərlərində aksiya iştirakçılarının polis tərəfindən saxlanması və həbsi davam edir. Navalnının həbsinə etiraz olaraq Rusiyada kütləvi etiraz aksiayalarının ilk dalğası yanvarın 23-də başlayıb.
Navalnı yanvarın 17-də Almaniyadan Rusiyaya qayıdan kimi həbs olunub. O, ötən ilin avqustunda Sibirdə zəhərlənmədən sonra Berlində müalicə olunurdu. Onun "Noviçok" sinir-iflic maddəsi ilə zəhərləndiyi təsdiqlənib. Müxalifətçi zəhərlənməsində birbaşa Prezident Vladimir Putini ittiham edib. Kreml ittihamları rədd edir.
Facebook'da Paylaş