18.10.2020-ci il tarixində Cənubi Azərbaycanda etiraz aksiyaları keçiriləcək

17-10-2020, 15:02

18.10.2020-ci il tarixində Cənubi Azərbaycanda etiraz aksiyaları keçiriləcək
Tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə 18.10.2020-ci il tarixində Cənubi Azərbaycan şəhərlərində və Tehranda keçiriləcək etiraz aksiyaları barədə məlumat yayıb. Tarixçi alimin bu önəmli çağırışını diqqətinizə çatdırırıq:
Dostlar, Guneyli soydaşlarımız Azərbaycan xalqının haqq mübarizəsinə dəstək vermək üçün "Nurdüz bağlansın" şüari ilə eyni gündə 5 şəhərdə aksiya planlaşdırır. Aksiyalar mehr ayının 27-də (oktyabr ayının 18-də) Təbriz saatı ilə 17:00-da Güney Azərbaycanın bütün şəhərlərində Qarabağ savaşına dəstək məqsədilə keçiriləcəkdir. Mitinqin əsas şüarı Ermənistanla İran arasında olan sərhəd keçid məntəqəsi olan "Nurdüz" gərək bağlana!"dır. Sizlərdən xahiş budur ki, maksimum paylaşasınız ki, güneyli qardaş və bacılarımızın "Nurdüz bağlansın" çağırışı ünvanına çatsın və nəticə versin.
P.S. Nurdüz İran və Ermənistan arasında sərhəd keçid məntəqəsidir. İrandan Ermənistana göndərilən hərbi sursat həmin məntəqən keçirilir. Odur ki, Nurdüzün bağlanması günün tələbidir.
P.P.S. Xahim edirəm ki, aşağıdakı bu linkdəki video-çağırışı da paylaşın ki, izlənilsin.

https://www.facebook.com/100008356237532/videos/2725738981047950

P.P.P.S Aksiyalar
#Təbriz: Rastaküçə
#Urmiya: Atai və İmam küçələrinin kəsişməsi
#Ərdəbil: Şəriəti qovşağı
#Zəncan: Səbzə Maydanı
#Tehran: İmam Hüseyn Meydanı
#Kərəc: Əzimiyə Meydanı
#Qum: Nəvvab Meydanı
#Qəzvin: Azadi Meydanı
#Həməda: İmam Xomeyni Meydanı
#Astara: Namaz Meydanı
#Xalxal: Müəllim Meydanı
#Marağa:Banki Milli (Xan Hamami) qarşısında
#Miyana: Müəllimlər Meydanı
#Mərənd: İmam Xomeyni Meydanı
#Bostanabad: Mərkəzi Meydanı
#Xoy: Mərkəzi Meydanı
#Qoşaçay: Banki Millinin qarşısında
#Xiyav: Imam Hüseyn Meydanı
#Sərab: İnqilabı Meydanı
#Maku: İmam Hüseyin Meydanı
#Rəşt: Bələdiyyə Meydanı
#Həştrud: Mərkəzi Meydanı
#Muğan (Parsabad): Canbazan Meydanı
#Şəbüstər: Namaz Meydanı
#Bonab İmam Hüseyin Meydanı
#Aslandüz: Namaz Meydanı
#Xudafərin: Mərkəzi Meydanı
#Əhər: Mərkəzi Meydan
#Mahnişan: Mütəhərri Meydanı
#SayınQala: Mərkəzi Qovşaqda keçiriləcək.
Digər şəhərlər, mahal və kəndlər bazar günü saat 17.00-də əsas meydanlarda etiraz edəcəklər.




Facebook'da Paylaş