Paşinyan: Rusiya və İranla dəmir yolu əlaqəsi çox vacibdir

8-09-2021, 13:01

Paşinyan: Rusiya və İranla dəmir yolu əlaqəsi çox vacibdir

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi barədə danışıb.
Ermənistan KİV xəbər verir ki, hökumət başçısı Azərbaycanın qalan əraziləri ilə Naxçıvan arasında əlaqə qurulmasına anlayışla yanaşdığını söyləyib.
“Bizim üçün Rusiya və İranla dəmir yolu əlaqəsi qurmaq çox vacibdir. Məsələnin həlli üçün Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli razılaşması əsasında danışıqlar aparırıq. Azərbaycan da özünün qərb əraziləri ilə Naxçıvan arasında əlaqə yaratmağı hədəfləyir”.
Bundan əlavə, Paşinyan Azərbaycanla delimitasiya və demarkasiya prosesini həyata keçirmək üçün müvafiq şəraitin yaradılmasının vacibliyini diqqətə çatdırıb.




Facebook'da Paylaş