Paşinyan - “Qarabağ müharibəsinə son qoymaq üçün bir bəyanat imzaladım”

10-11-2020, 02:43

Paşinyan - “Qarabağ müharibəsinə son qoymaq üçün bir bəyanat imzaladım”

Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda müharibənin dayandırılması sənədinə imza atdığını bildirib.
Ordum.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə o, özünün feysbuk səhifəsində yazıb.
“Əziz həmvətənlər, bacılar və qardaşlar. Şəxsən özüm və hamımız üçün çox çətin bir qərar verdim.
Saat 01:00-dan etibarən Rusiya və Azərbaycan Prezidentləri ilə Qarabağ müharibəsinə son qoymaq üçün bir bəyanat imzaladım. Artıq yayımlanan bəyanatın mətni mənim üçün və xalqımız üçün inanılmaz dərəcədə ağrılıdır”, - deyə Paşinyan qeyd edib.




Facebook'da Paylaş